Prospektdə maşın piyadanı vuraraq öldürdü

11:37 - 20 İyun 2025 - HADİSƏ

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub.

Bildirilir ki, piyada hadisə yerindəcə həyatını itirib.

Qəza səbəbindən metronun “Koroğlu” satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Xəbər xətti