Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb.
Ucnoqta.az xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.