Paşinyanla birgə onlar da Türkiyəyə gedir

11:25 - 20 İyun 2025 - DÜNYA

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanı bu gün Türkiyəyə səfər edəcək.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanı səfər zamanı xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan və digər rəsmi şəxslər müşayiət edir.

Xəbər xətti