İran ABŞ Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərini təcrid edə bilər

21:35 - 19 İyun 2025 - DÜNYA

İran tərəfindən Hörmüz boğazının mümkün bağlanması ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərinin qarşısını ala bilər.

Ucnoqta.az xəbər verir ki. bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəsmiləri ABŞ-ın İsrailin hərbi əməliyyatına qoşulacağı təqdirdə İranın cavabı üçün bütün mümkün variantları nəzərdən keçirir.

Qəzetin yazdığı kimi, Tehranın Hörmüz boğazına mina qoymaq imkanı var ki, bu da öz növbəsində ABŞ gəmilərini Fars körfəzində təcrid edə bilər.

Potensial təhlükənin qarşısını almaq üçün ABŞ ordusu gəmilərini imkanını nəzərdən keçirir.

Bu günə qədər Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus dörd minaaxtaran gəmisi və hər birində 100 dənizçi var.

Xəbər xətti