"Qarabağ" daha bir braziliyalını transfer etdi - Foto

20:15 - 20 İyun 2025 - İDMAN

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi "köhlən atlar"da 35 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, braziliyalı dayaq yarımmüdafiəçisi “Palmeyras”ın yetirməsidir. O, 2022-ci ilin yayında “Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə “Vitoriya”da oynayan 24 yaşlı futbolçu son iki mövsümü Portuqaliyanın “Alverka” klubunda keçirib.

Xəbər xətti