"Liverpul" Virtzi rekord məbləğə - 125 milyon avroya alıb
Ucnoqta.az xəbər verir ki, "Liverpul" öz saytında Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtsi "Bayer"dən transfer etdiyini açıqlayıb.
22 yaşlı futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.
Virtz Bayer akademiyasının məhsuludur, 2020-ci ildə əsas komandada debüt edib. Ümumilikdə futbolçu Almaniya klubunda 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə edib. "Bayer" ilə Almaniya çempionluğunu (2023/24), Kubokunu (2023/24) və Super Kubokunu (2024) qazanıb.
Virtz Almaniya millisində 31 oyun keçirib və 7 qol vurub.
Transfermarkt yazır ki, Liverpool Wirtz-i 125 milyon avroya alıb. Bu, İngiltərə klubunun tarixində rekord transferdir. 2022-ci ildə "Liverpul" uruqvaylı Darvin Nunesi "Benfika"dan 85 milyon avroya alıb.