Mbappe xəstəxanadan buraxılıb

00:21 - 20 İyun 2025 - İDMAN

İspaniyanın "Real Madrid" futbol klubunun fransalı hücumçusu Kilian Mbappe xəstəxanadan çıxarılaraq komandanın düşərgəsinə qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Real Madrid"in mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl "Real Madrid"in mətbuat xidməti Mbappenin kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Klubun yeni açıqlamasında futbolçunun müalicəsini davam etdirəcəyi və mərhələli şəkildə matçlara qayıdacağı qeyd edilib.
"Real Madrid" ABŞ-dadır, komanda klublararası dünya çempionatında iştirak edir. Mbappe qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.

Xəbər xətti