Nazirlikdən Araz Musayevin iradına reaksiya

10:30 - 30 May 2025 - Cəmiyyət

Gənclər və İdman Nazirliyi Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin nazirliyin şöbə müdiri Elnur Məmmədovun adını hallandırmasına reaksiya verib.

Ucnoqta.az pravda.az- istinadla xəbər verir ki, mövqedə Araz Musayevə sağlamlıq arzulamaqla kifayətlənib, lakin məsələyə aydınlıq gətirməyib.

“Araz Musayevə tezliklə sağalmasını arzulayırıq və inanırıq ki, müvafiq hüquq-mühafizə orqanları qısa müddətdə hadisəyə aydınlıq gətirəcəklər”, - açıqlamada deyilib.

Xatırladaq ki, Araz Musayev "Unikal"a müsahibəsində deyib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələnib.

Xəbər xətti