Kiçik Kristiano Ronaldo Jr. Portuqaliyanın gənclər yığmasında (15 yaşa qədər futbolçular) ilk oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, ilk dəfə milliyə çağırılan 14 yaşlı Ronaldo Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya ilə ilk oyunun 54-cü dəqiqəsində əvəzedici heyətlə meydana daxil olub.
Qarşılaşma Portuqaliyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo oyunda fərqlənməyib.
Mayın 14-də Portuqaliya millisi Yunanıstanla qarşılaşacaq.
Kiçik Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun gənclərdən ibarət komandasında çıxış edir.