İmtahanda maksimum bal toplayan müəllim qəfil vəfat etdi

22:53 - 26 Oktyabr 2025 - Cəmiyyət

Xaçmazda müəllim vəfat edib.

Ucnoqta.az xəbər verir ki, Xaçmaz şəhər 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova bu gün günorta saatlarında öz yaşadığı ünvanda qəfil ürəktutmasından vəfat edib.
Elnarə Hümmətovanın 42 yaşı var idi.

Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında maksimum nəticə göstərərək 60 bal toplamışdı. 

Xəbər xətti