Tramp Si Cinpinlə görüşəcəyini açıqladı

10:37 - 26 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Yaponiya ilə çox maraqlı razılaşmalar olacağını açıqlayıb. 

Ucnoqta.az xəbər verir ki, o, bu barədəMalayziyanın Baş naziri Ənvər İbrahimlə sənəd imzalama mərasimində deyib.

Tramp həmçinin, Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə görüşəcəyini təsdiqləyib.
"Bu gün burada qalacağıq, sonra sabah çox gözəl bir ölkəyə gedəcəyik və çox yaxşı, maraqlı razılaşmalarımız olacaq, bildiyiniz kimi, bunlara nail olmuşuq", - deyə o, hansı razılaşmalardan danışdığını dəqiqləşdirmədən bildirib.

"Ertəsi gün Si Cinpinlə görüşəcəyik", - deyə Amerika lideri əlavə edib.

Xəbər xətti