İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın şərqindəki Buda bölgəsinə hava hücumu zamanı qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Elnaşra xəbər portalı məlumat verib.
Xəbər portalının məlumatına görə, pilotsuz təyyarə səhvən İsrail Hərbi Hava Qüvvələri tərəfindən atılan raketlə vurulub. İsrail Hərbi Hava Qüvvələri həmin vaxt yerüstü hədəflərə zərbələr endirirdi.
İsrail hərbi komandanlığı hələlik pilotsuz təyyarənin qəzasının mümkün səbəbi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.
İsrail təyyarələri bu günortadan sonra Livanın şərqində "Hizbullah"ın şübhəli hədəflərinə ən azı üç hava hücumu həyata keçirib.
İlkin məlumatlara görə, Əl-Hafir kəndində keçirilən basqında bir nəfər ölüb, bir nəfər yaralanıb.