Taylandda 93 yaşında kraliça ana Sirikit vəfat etdi və bir illik matəm elan edildi.
Ucnoqta.az xəbər verir ki, məlumat Bangkok Post qəzetində dərc edilib.
O, 24 oktyabr cümə günü qan infeksiyası səbəbindən müalicə aldığı Bangkok xəstəxanasında vəfat edib.
CNN-in məlumatına görə, son illərdə Taylandın hazırkı kralı Maha Vajiralongkornun anası Sirikit səhhətindəki problemlərə görə nadir hallarda ictimaiyyət qarşısına çıxıb.
Tayland ən yüksək kral şərəfinə layiq görülən dəfn mərasimi və bir illik matəm elan edib.
Sirikit Taylandlılar tərəfindən sevilirdi; onun portretlərinə ölkə daxilində evlərdə, ofislərdə və ictimai yerlərdə rast gəlmək olar və ad günü Analar Günü kimi qeyd olunurdu.
O, Banqkokda varlı bir aristokrat ailəsindəndir. 1950-ci ildə Kral Bhumibol Adulyadej ilə evlənib. Onların dörd övladı var idi - üç qızı və bir oğlu.