Myanma ordusu ölkədə 2021-ci ildən qüvvədə olan fövqəladə vəziyyətin ləğv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bu addımın bu ilin dekabrında ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi daşıdığı vurğulanır.
Myanma hərbçiləri 2021-ci il fevralın 1-də ordunun onun əsas qarantı olduğunu bildirən konstitusiyanın maddəsinə əsaslanaraq mülki hökuməti deviriblər.