Yük maşını ilə evakuator toqquşub

19:02 - 31 İyul 2025 - ÖLKƏ İÇİ

Füzulidə yük maşını ilə evakuator toqquşub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində baş verib.

"Hovo" markalı yük maşını ilə evakuatorun toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Nəqliyyat vasitələrinin sürücüləri Şəmsəddin Abbasov və Aqil Rəhmanlı xəsarət alaraq Füzuli rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır. ///Apa

Xəbər xətti