Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı səfir Yuri Husyev özünün X hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, - deyə səfir qeyd edib.