“Bir azdan məktəb başlayır, nə edəcəyik?”

14:52 - 30 İyul 2025 - Cəmiyyət

Binə qəsəbəsində mərkəz istiqamətdə fəaliyyət göstərən maşurut xətti işləmir. Buna görə də sakinlər uzun yolu piyada getmək məcburiyyətində qalırlar. 

Ucnoqta.az milli.az-a istinadla xəbər verir ki, sakinlər insanlar gündəlik olaraq Binə mərkəzə gedib-gəlmək üçün taksi istifadə edirlər.

"Taksi 4 manat edir. Hər gün bu məbləği verməyə gücümüz çatmır. Avtobus hansı səbəbə işləmir, bizə bildirmirlər. Bir azdan məktəb açılacaq. Uşaqlar necə gedib gələcək bəs?!" 

AAYDA-dan bildirilib ki, həmin ərazi təhlil edilib və müsabiqəyə yeni avtobuslar təqdim olunub. Tələbat müəyyən edilən ərazilərə əlavə xətlər buraxılacaq. Amma buraxılış vaxtı məlum deyil. 

Xəbər xətti