Gömrük Komitəsinin yeni binasını su basdı - VİDEO

12:46 - 31 İyul 2025 - Xəbər

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

Ucnoqta.az xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

Qurumdan bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib. Nasazlıq tez bir zamanda aradan qaldırılıb.

Xəbər xətti