Suriyanın müdafiə naziri Moskvaya səfər edib

14:59 - 31 İyul 2025 - DÜNYA

Suriyanın keçid hökumətindəki Müdafiə Nazirliyinin rəhbəri Murhaf Əbu Kasra Rusiyaya rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata görə, səfər zamanı onun rusiyalı həmkarı Andrey Belousovla görüşü və bir sıra ümumi məsələləri müzakirə etməsi planlaşdırılır.

Xəbər xətti