ABŞ-da Amsterdama uçan Airbus təyyarəsində olan 25 nəfər turbulentlik səbəbindən yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib. Bildirilir ki, ABŞ-da, Yuta ştatının Solt Leyk Siti şəhərindən Amsterdama uçan Delta Hava Yollarına məxsus Airbus A330-900 təyyarəsi güclü turbulentliklə qarşılaşıb, göyərtəsində olan 25 nəfər xəstəxanaya yerləşdirilib.