Timberleykin konsertində terror aktı planlaşdırılıbmış

13:11 - 31 İyul 2025 - MAQAZİN

Məşhur amerikalı müğənni Castin Timberleykin İstanbuldakı konsertindən əvvəl mümkün terror aktı ilə bağlı çoxsaylı xəbərlər daxil olub, polis iddia edilən terror təhlükəsini aradan qaldırıb.

Ucnoqta.az bildirir ki, bu barədə “Habertürk” telekanalı Maslak rayonunda, İstanbul Universitetinin stadionunda baş tutan konserti təşkil edən şirkətə istinadən xəbər verir.

"Konsertdən əvvəl terror aktı ehtimalı ilə bağlı çoxsaylı açıqlamalar verilib. İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən aparılan uğurlu və fədakar işlər nəticəsində mümkün terror təhlükəsi aradan qaldırılıb.

Konsertin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib. Minlərlə çevik qüvvənin, mülki geyimli minlərlə polisin səyi nəticəsində bir dənə də olsun insident qeydə alınmayıb”, - telekanal konserti təşkil edən şirkətin bəyanatından sitat gətirir.

Eyni zamanda, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əlaqədar konsertdən əvvəl uzun növbələrin yarandığı qeyd edilir.

Timberleyk 11 ildən sonra ilk konsertini İstanbulda verib. Konsertə satılan biletlərin sayı barədə məlumat verilmir.

Qeyd edək ki, məşhur müğənni iki gün öncə Bakıda çoxsaylı fanatları qarşısında konsert proqramı ilə çıxış edib.

Xəbər xətti