"Qarabağ" "Şelburn"la oyun öncəsi azarkeşlərə müraciət etdi

12:47 - 30 İyul 2025 - İDMAN

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, Ağdam klubu oyun öncəsi azarkeşlərə müraciət edib. Müraciətdə deyilir:

"UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Şelburn" oyununda iştirak edəcək azarkeşlərimiz üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq.

“Qarabağ” – “Şelburn” oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında sizi əsl fan zona əhval-ruhiyyəsi gözləyir!

Azarkeşlərimizdən tribunalardakı yerlərini vaxtında tutmaları xahiş olunur!

Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin".

Xəbər xətti