"Bavariya" klub tarixinin ən bahalı transferlərindən birini edib

14:38 - 30 İyul 2025 - İDMAN

Almaniyanın "Bavariya" futbol klubu "Liverpul"un kolumbiyalı hücumçusu Luis Diazla müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı forvardla müqavilə 2029-cu il iyunun 30-na kimi hesablanıb.Transfermarkt portalının məlumatına görə, transfer məbləği 70 milyon avro təşkil edib ki, bu da "Bavariya"nın tarixində ən böyük əməliyyatlardan biridir.
Münhen klubunun ən bahalı alışı hücumçu Harri Keyndir (95 milyon avro), bu göstəricidə ikinci yer Lukas Hernandesdir (80 milyon avro).

“Liverpul”un tərkibində forvard İngiltərə çempionu, ölkə kubokunun və Spur kubokunun qalibi, iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Diaz Portuqaliyanın "Porto" və Kolumbiyanın "Barranquilla" və "Atletiko Junior" klublarında da çıxış edib.

Xəbər xətti