Tehran İranın nüvə proqramı üzrə Vaşinqtonla danışıqları alqışlayıb, lakin ABŞ İslam Respublikası ərazisindəki nüvə obyektlərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
"Əvvəlcə amerikalılar nüvə proqramımızın dinc xarakter daşıdığından əmin olmaq niyyətində olduqlarını iddia etdilər. Biz dialoqu alqışladıq, lakin onlar nəinki razılaşmaları pozdular, həm də sionist rejimlə tam koordinasiyada obyektlərimizi vurdular", - Pezeşkian qeyd edib.