Zənginləşdirilmiş uranın böyük hissəsi ABŞ-ın zərbəsindən əvvəl Fordo zavodundan çıxarılıb.
Ucnoqta.az xəbər verir ki. bu barədə Reuters agentliyi yüksək vəzifəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbə həmçinin bildirib ki, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında (Tehrandan 150 km cənubda) 80-90 m dərinlikdə yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.
İyunun 22-nə keçən gecə ABŞ İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.