Tehran Vaşinqtonun etibarını itirib - Əraqçi

06:40 - 21 İyun 2025 - DÜNYA

İran-Amerika danışıqlarının altıncı raundu ərəfəsində İsrailin İrana böyük zərbə endirməsindən sonra Tehran Vaşinqtonun etibarını itirib.

Ucnoqta.az xəbər verir ki, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi NBC News-a bildirib.

İsrail İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların altıncı raunduna iki gün qalmış İrana kütləvi hücuma keçib. Əraqçi istisna etməyib ki, Vaşinqton danışıqlardan İsrailin zərbələrinə hazırlığını gizlətmək üçün istifadə edir.

“Ola bilsin ki, onların beynində belə bir plan olub və sadəcə olaraq danışıqlara ehtiyacları var idi, bəlkə də bunu gizlətmək üçün”, - deyə Əraqçi bildirib.

O vurğulayıb: "Biz onlara etibar edə biləcəyimizi bilmirik. Onların etdikləri əslində diplomatiyaya xəyanət idi".

Xəbər xətti