Rasim Dərgahzadə vəfat etdi

14:24 - 22 İyun 2025 - Mədəniyyət

Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
R.Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.

Qeyd edək kİ, o, 1997-2005-ci illərdə Rusiya Kinematoqrafçılar İttifaqının Kino istehsalı və yayımı təşkilatçıları gildiyasının prezidenti olub.

Xəbər xətti