İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.
Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.