Gömrükdə külli miqdarda qeyri-qanuni siqaret aşkarlandı - Rəis sərəncama götürüldü

12:33 - 22 İyun 2025 - Xəbər

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

Ucnoqta.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, post rəisinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri-qanuni siqaret yüklərinin aşkarlanması olub.

Xəbər xətti