Məşhur şirkət minlərlə işçisini ixtisar edəcək

12:59 - 9 May 2025 - DÜNYA

Yaponiyanın Panasonic korporasiyası böyük restrukturizasiya çərçivəsində ölkə daxilində və xaricdəki ofislərində 10 000 işçini işdən çıxarmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası (NHK) məlumat yayıb.

Telekanalın məlumatına görə, ixtisarlar ilk növbədə satış departamentlərinə və rəhbərliyə təsir edəcək. 
Vurğulanır ki, Panasonic gələcəkdə şirkət üçün son illər sərfəli olmayan televiziya istehsalı biznesindən çıxmağı planlaşdırır.
Yapon korporasiyası həmçinin məişət texnikasının hazırlanması, istehsalı və satışı ilə bağlı yanaşmasını tamamilə yenidən nəzərdən keçirmək niyyətindədir.

Xəbər xətti