Ermənistan və Azərbaycan sülh sazişi üzrə birbaşa danışıqlar aparır, Rusiya artıq vasitəçi rolunu oynayır.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.
“Amma Rusiya vasitəçi idi... İndi biz Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik”, - deyən o, sülh sazişinin imzalanması ilə bağlı hələlik heç bir xəbərin olmadığını bildirib.