ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
Ucnoqta.az-ın məlumatına görə, bu barədə CNN xəbər verir.
Onun təyyarəsi Antalyaya enib. Rubio ora ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı və Qətərə səfər etdikdən sonra gəlib.
Rusiya-Ukrayna danışıqlarının mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılır. Ertəsi gün Rubio və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Türkiyəyə səfər edəcəklər.