Mayın 15-də Rusiya prezidenti Vladimir Putinin işgüzar görüşləri nəzərdə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezidentlə işgüzar görüşlər planlaşdırılır”, - deyə Peskov prezidentin mayın 15-i üçün iş qrafikini açıqlamağı xahiş edəndə bildirib.
Bu işgüzar görüşlərin Rusiyada baş tutub-tutmayacağına dair aydınlaşdırıcı suala cavab olaraq, Kreml sözçüsü təkrarlayıb: “İşçi görüşlər”.