Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

13:03 - 14 May 2025 - Cəmiyyət

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

APA xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə müraciətə baxılıb.

Məhkəmə müraciəti təmin etməyib və Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, Hacı Vəliyev aprelin 1-də saxlanılıb. Xətai Rayon Məhkəməsində barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Aprelin 18-də barəsində olan həbs qətimkan tədbiri 2 ay müddətə uzadılıb.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər xətti