Tərtərdə minik maşını traktora çırpılıb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb.
O, Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.