Niderland 46 "Leopard" tankı alır

20:00 - 14 May 2025 - DÜNYA

Niderland Müdafiə Nazirliyi Almaniya-Fransa silah istehsalçısı KNDS ilə quru qoşunları üçün 46 yeni "Leopard 2A8" döyüş tankı almaq üçün müqavilə imzalayıb. 
 
Ucnoqta.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb. İmzalanma çərşənbə günü Amersfort şəhərindəki Bernhard kazarmasında baş tutub.

Məlumata görə, müqavilənin imzalanması satınalma prosesinin sürətləndirilməsinin nəticəsi olub. Tankların ilk tədarükü 2028-ci ildə gözlənilir.

ANP-nin məlumatına görə, Niderland Silahlı Qüvvələrində tank batalyonunun yenidən yaradılması planları ilk dəfə 2024-cü ilin sentyabrında açıqlanıb.Ölkənin sonuncu döyüş tankları 2011-ci ildə istismardan çıxarılıb.

Xəbər xətti