Mavritaniyanın apellyasiya məhkəməsi keçmiş prezident Mohamed Ould Abdel Azizi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
2008-2019-cu illərdə hakimiyyətdə olan Əziz iki keçmiş baş nazir, keçmiş nazirlər və iş adamları da daxil olmaqla, onlarla digər yüksək vəzifəli məmurla birlikdə bu işə qarışıb.
Onlar qanunsuz varlanma, nüfuz alveri və çirkli pulların yuyulması məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar. 2023-cü ilin dekabrında keçmiş prezident 5 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi 2024-cü il noyabrın 13-də başlayıb.
Məhkəmə həmçinin Əzizin əmlakının müsadirə edilməsi və onun mülki hüquqlarından məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb.