Ən azı 20 ştat ABŞ prezidenti Donald Tramp administrasiyasını immiqrasiya siyasətləri ilə əlaqədar federal maliyyələşdirməni kəsməklə hədələdiyi üçün məhkəməyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Kaliforniyanın baş prokuroru Rob Bont bildirir ki, bu, ştatları Trampın gündəmini həyata keçirməyə məcbur etmək üçün açıq-aşkar qeyri-qanuni cəhddir.
Portal xatırladır ki, keçən ay Tramp federal qurumlardan onun immiqrasiya siyasətlərinə uyğun gəlməyən “zinaət şəhərləri” təyin etməyi tələb edən sərəncamlar imzalayıb. Belə şəhərlər "federal maliyyəni itirə bilər".
Bildirilir ki, bu, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, daşqınların qarşısının alınması, dəmir yollarının, körpülərin və hava limanlarının tikintisi üçün ayrılan vəsaitlərə aiddir.