Tərtərdə avtomobil traktora çırpılıb

17:17 - 14 May 2025 - ÖLKƏ İÇİ

Tərtərdə minik maşını traktora çırpılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. "VAZ-21099" markalı minik maşını hərəkətdə olan zaman traktora çırpılıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Quliyev Azay Xasay oğlu xəsarət alıb.

O, Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti