Novruz çərşənbələrinin TARİXLƏRİ

21:02 - 4 Yanvar 2026 - ÖLKƏ İÇİ

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

Ucnoqta.az xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir.

Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.///oxu.az

Xəbər xətti