Bakıda əyləncə mərkəzində faciə - Ölən var

14:29 - 5 Yanvar 2026 - HADİSƏ

Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.

Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Bakupost.az yayıb.

Xəbər xətti