İsrail Baş naziri Benyamin Netanyahu həftəlik İsrail Nazirlər Kabinetinin iclasının əvvəlində ABŞ-nin Venesueladakı hərəkətlərini dəstəklədiyini bildirdi.
Ucnoqta.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisinin məlumatına görə, bunu Netanyahu bildirib.
"Venesuela ilə bağlı olaraq, İsrail hökumətinin ABŞ-nin bu bölgədə azadlıq və ədaləti bərpa etmək üçün qətiyyətli hərəkətlərinə dəstəyini bildirmək istəyirəm. Deməliyəm ki, hazırda Latın Amerikasında inqilab baş verir. Bir sıra ölkələr Amerika oxuna və təəccüblü deyil ki, İsrail Dövləti ilə əlaqələrə qayıdırlar. Biz bunu alqışlayırıq, Prezident Donald Trampın qərarını alqışlayırıq və qüsursuz əməliyyat həyata keçirən Amerika ordusunu alqışlayırıq", - Baş nazir deyib.