Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin şərqindəki Əl-Məhra qubernatorluğunun paytaxtı Əl-Qayda şəhərində Cənubi Keçid Şurası (STC) separatçılarının mövqelərinə bir sıra hava hücumları həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, bu iddianı STC-yə yaxın olan AIC televiziya kanalı irəli sürüb.
İtki barədə heç bir məlumat verilməyib.