İsveçrə hakimiyyəti Krans-Montana kurortunda baş verən və 40 nəfərin ölümünə səbəb olan bar yanğınından sonra 9 yanvarı milli matəm günü elan etməyi planlaşdırır.
Ucnoqta.az bildirir ki, bu barədə İsveçrə Prezidenti və İqtisadiyyat naziri Qay Parmelin məlumat verib.
Prezident həmçinin həmin günə planlaşdırılan anım mərasimində iştirak etmək niyyətindədir.
"Milli həmrəyliyin daha bir əlaməti olaraq, Krans-Montanadakı matəm mərasiminin əvvəlində saat 14:00-da bütün İsveçrə kilsələrində zənglər çalınacaq. Bu dəfə ölkə daxilində bir dəqiqəlik sükut da planlaşdırılır", - Parmelin əlavə edib.