Avropa Komissiyası (AK) hazırda İsveçrənin nümunəsini izləyərək Venesuela Prezidenti Nikolas Maduro və ailəsinin aktivlərini dondurmağı planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib.
"Bu barədə hələlik heç nə deyə bilmərik. İsveçrə müstəqil ölkədir və öz qərarlarını verə bilər. Aİ-nin bu hərəkətləri əlaqələndirməsi barədə hələlik məlumatım yoxdur", - Pinyo deyib.