Oğuzda avtomobil ağaca çırpılıb, ər-arvad və azyaşlı övladları xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon Cobankol kənd sakini Sarvan Piriyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və 10 yaşlı övladları Ayan Piriyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.