Qadın hamamda dəm qazından boğuldu

17:25 - 5 Yanvar 2026 - Xəbər

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 63 yaşlı Şamama Gəncalı qızı Məstalıyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Xəbər xətti