ABŞ-nin Venesuela neftinə ehtiyacı yoxdur, amma Vaşinqton Bolivar Respublikasının neft sənayesinin ABŞ hökumətinin əleyhdarları tərəfindən idarə olunmasına icazə verə bilməz.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Bizə Venesuela nefti lazım deyil. ABŞ-da kifayət qədər neftimiz var, amma Venesuelanın neft sənayesinin ABŞ-ın əleyhdarları tərəfindən idarə olunmasına icazə verməyəcəyik" - o, NBC News-a verdiyi müsahibədə bildirib.
Rubio həmçinin bildirib ki, ABŞ Venesuela neftindən əldə edilən gəlirlərin "Venesuela xalqının xeyrinə" xərclənməsini istəyir.