İsveçrə Federal Şurası (hökuməti) Venesuela Prezidenti Nikolas Maduronun və onun yaxın ətrafının üzvlərinin bütün aktivlərini dondurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilib.
Açıqlamada deyilir ki, 5 yanvar 2026-cı ildə Federal Şura dərhal qüvvəyə minərək Nikolas Maduronun və onun yaxın ətrafının digər üzvlərinin İsveçrədə yerləşən bütün aktivlərini dondurmaq qərarına gəlib.