Bakının Xətai rayonunda mənzildə yanğın olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.